7
03.2014
Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə Qarabağ münaqişəsini müzakirə edib
Martın 6-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anjelo Qnadingeri qəbul edib.
XİN mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Azərbaycan ilə ATƏT arasında münasibətlərin hazırkı səviyyəsi və regionda gedən proseslər haqda fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov Anjelo Qnadingerə Ermənistan-Azərbaycan münaqişəsi və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqda ətraflı məlumat verib.
156