Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev Müqəddəs Qurban bayramı münasibəti ilə Rusiyada yaşayan azərbaycanlılara müraciət edib
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev Müqəddəs Qurban bayramı münasibəti ilə Rusiyada yaşayan azərbaycanlılara müraciət edib.
Müraciətdə deyilir:
Əziz Rusiya azərbaycanlıları!
Qarşıdan gələn Müqəddəs Qurban bayramı münasibəti ilə hamınızın bayramın səmimi qəlbdən təbrik edirəm. Allah təala bütün dualarınızı və qurbanlarınızı qəbul etsin. Rusiyada yaşayan azərbaycanlı olaraq bayram günlərində diqqətli olmağınızı, bayramı ailənizlə birlikdə evdə, ictimaiyyətə açıq yerlərdən kənarda qeyd etməyinizi xahiş edirəm. Son günlər Moskvada baş verən hadisələrlə əlaqədar hər kəsdən son dərəcə diqqətli olmağı, digər millətlərin bu bayrama həssaslığını nəzərə alasınız!
Bayramınız mübarək!