Афоризмы
4
01.2019

Vətənimizin uğurları bizi çox sevindirir

Bu günlər doğma Azərbaycanımızda bayram bayrama qarışıb. Xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ilin gəlışini bayram edir. Əlbəttə, çox istərdik ki, bu əziz günlərdə biz də doğma Vətənimizdə olaq, doğmalarımızla bir yerdə bu bayramların xoş əhvalını yaşayaq. Amma biz Vətəndən uzaqda, Rusiya Federasiyasının Çelyabinsk vilayətində yaşayırıq. Biz bu bayramları burada yaşayan soydaşlarımızla birgə qeyd edirik.
Burada azərbaycanlılar çox mehriban və dostluq şəraitində yaşayırlar. Diaspor təşkilatı yaratmışıq və Vətənin ruhunu yaşatmağa çalışırıq. 2000-ci ilin martında yaratdığımız “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi Cənubi Uralın diaspor təşkilatları arasında öz fəallığı ilə seçilir. 
Təşkilatımızın başlıca məqsədi Azərbaycanla Çelyabinsk vilayəti arasında iqtisadi-ticarət, mədəni əlaqələrin daha da dərinləşməsini təmin etmək, bununla bağlı layihələri reallaşdırmaqdır. 
Bu gün Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yaranmışdır. Azərbaycanın Rusiyadakı diaspor təşkilatları da bu əməkdaşlığın inkişafına ğz töhfələrini veməyə çalışırlar. Bizim “Ozan” mərkəzi də bu əlaqələrin genişlənməsi işinə xidmət edir. Biz ölkəmizin mədəniyyətini, incəsənətini burada təbliğ edir, maraqlı tədbirlər keçiririk.
Mərkəzdə təşkil etdiyimiz görüşlərdə xalqımızın tarixi haqqında söhbət açır, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını faktlarla çelyabinsklilərə çatdırırıq.
Mərkəzin qəzetini buraxırıq. Eyni zamanda,”Dostluq ipək yolu: mədəni dialoq” adlı iki kitab da nəşr etdirmişik. Bu kitablar dövlətlərimizin qarşılıqlı münasibətlərinə həsr olunmuşdur.
Mərkəzin fəaliyyətində əsas istiqamətlərdən biri azərbaycanlı uşaqların təhsili məsələdir. Çalışırıq ki, uşaqlarımız xalqımızın adət-ənənələrini yaxşı öyrənsinlər, milli-mənəvi dəyərlərimizdən xəbərdar olsunlar.
Bu gün Çelyabinskdə yaşayan azərbaycanlılar Azərbaycan haqqında tam məlumatlıdırlar. Bilirlər ki, cənab Prezidentimiz İlham Əliyevin siasəti nəticəsində Azərbaycan çiçəklənən diyara çevrilmişdir və o, Cənubi Qafqazın lider dövlətidir. Biz ölkəmizin nailiyyətləri ilə fəxr edirik.
Dünya Azərbaycanlı­larının Həmrəylik Günü və Yeni il münasibəti ilə bütün dünyada yaşayan soydaşlarımızı təbrik edir, onlara daha möhkəm birlik arzulayıram.

Rəfail QULİYEV, 
Rusiya Federasiyası Çelyabinsk vilayətindəki “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri

http://xalqqazeti.com/az/news/12482

3 2019 20:53 — XƏBƏRLƏR

 
 
1073